Azərbaycanın 23 yaşadək sərbəst güləşçilərdən ibarət milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilək dünya çempionatına daha yaxşı hazırlıq məqsədilə Rusiyanın Mahaçqala şəhərinə yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Dağıstan paytaxtındakı toplanış məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında oktyabrın 23-dək yerli komanda ilə birgə davam edəcək. Hazırlıq prosesinə 13 güləşçi - İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov, Sabir Cəfərov (hər ikisi 65 kq), Əşrəf Aşurov, Davud İbrahimov, Cəbrayıl Hacıyev (hamısı 70 kq), Murad Süleymanov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) qatılacaq.
Həftəsonu Yakutskda Dmitri Korkin Memorialında çıxış edəcək Hacımurad Hacıyev (74 kq) və Abubakr Abakarov (79 kq) isə turnir başa çatdıqdan sonra toplanışa qoşulacaq.
Qeyd edək ki, dünya çempionatı 28 oktyabr - 3 noyabrda keçiriləcək.