Bu gün sərbəst güləş üzrə Azərbaycan milli komandası Dağıstanın paytaxtı Mahaçqalada növbəti təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, noyabrın 23-dək davam edəcək hazırlıq prosesində komanda baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yerli güləşçilərlə birgə məşq edəcək. Toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara diqqət yetiriləcək.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığma təlim-məşq toplanışını Bakıda davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi kollektivin Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesi noyabrın 16-dək davam edəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |