İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Yəzd şəhərində keçirilmiş yarışda Eldəniz Əzizlinin çıxış etdiyi “İran Mall” çempion olub.
Azərbaycanlı dünya və Avropa çempionu yarış ərzində iki görüş keçirib. Əzizli əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabı ilə məğlub edib. O, daha sonra Masib Əkbəriyəni üstələyib - 10:2.
Qeyd edək ki, bu komanda dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.