Noyabrın 22-də Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək.
Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək turnirdə yerli və Qırğızıstan yığmalarından əlavə, Azərbaycan təmsilçiləri də mübarizə aparacaq. Məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Birgül Soltanova (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko, Jalə Əliyeva (hər ikisi 62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) çıxış edəcək.
Proqrama əsasən, noyabrın 22-də bütün çəkilərdə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medallar uğrunda qarşılaşmalar isə noyabrın 23-də keçiriləcək.