Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan Milli Karate Federasiyası (AMKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sportnet.az xəbər verir ki, sənədə AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev və AMKF-in prezidenti Yaşar Bəşirov qol çəkiblər. Y.Bəşirov yeni yaranan federasiyanın ölkədə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən qurumlar arasında birgə tədbirlər təşkil ediləcək.
AİJF-in əsas hədəflərindən biri ölkədə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliği olduğunu deyən Q.Mehdiyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, AİJF daha əvvəl Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə əməkdaşlıq memorandumu imzalayıb.