
Danimarkanın Orxus şəhərində güllə atıcılığı üzrə Avropa kubokunun dördüncü mərhələsi keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvü Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında birinci yeri tutub. Lunyov bu nəticəyə 580 xal toplamaqla nail olub.