1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Oyunları öncəsi növbəti sınaq
Azərbaycan güləşçiləri fevralın 12--də İranın Kirmanşah şəhərində start götürəcək ənənəvi beynəlxalq "Təxti Kuboku” beynəlxalq turnirinə qatılacaqlar. Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda sərbəst və yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında sərbəst güləş yarışlarına Pərviz İbrahimov, Etibar Hacıyev (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq), Coşqun Əzimov (65 kq), Kamran Yunusov (70 kq), Mircəfər Murtuzlu (74 kq), İbrahim Yusubov və Məhəmməd Abdulxaliqov (hər ikisi 86 kq) qatılacaq. Yunan-Roma güləşçiləri Taleh Məmmədov, Orxan Əhmədov, Murad Bazarov, Sakit Quliyev (hamısı 59 kq), Azad Əliyev, Rövşən Tağıyev (hər ikisi 66 kq), Fuad Əliyev (80 kq) və Türmən Eyyubov (98 kq) isə məşqçilər Əfsər Namazəliyev və Fuad Rəhmaninin rəhbərliyi altında çıxış edəcəklər. Görüşlərin idarə etmək üçün qonşu ölkəyə beynəlxalq dərəcəli hakim Zakir Məmmədov da yollanacaq.
Turnirin proqramı:
12 fevral
Sərbəst - 57 kq, 61 kq, 97 kq, 125 kq
Yunan-Roma - 59 kq, 66 kq, 98 kq, 130 kq
13 fevral
Sərbəst - 65 kq, 70 kq, 74 kq, 86 kq
Yunan-Roma - 71 kq, 75 kq, 80 kq, 85 kq