
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 72 kq-da mübarizə aparan idmançı türkiyəli Selçuk Canla qarşılaşıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn idmançı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə serbiyalı Ali Arsalanı sınağa çəkəcək.
Daha əvvəl 55 kq-da Eldəniz Əzizli dünya çempionatında həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Final görüşləri sentyabrın 11-də keçiriləcək.
----------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 55 kq-da yer alan idmançı yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib.
Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.
--------------------------------------------
Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürəcək.
Sportnet.az-ın məlumatına görə, sentyabrın 18-dək davam edəcək mundialda əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi mübarizə aparacaq. Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar.
İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) qüvvəsini sınayacaq. Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), bir gün sonra isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaq.
Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü döşək üzərinə çıxacaq. Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq), sentyabrın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaq.
Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) 12-15 sentyabrda qüvvəsini sınayacaq.
Dünya çempionatı
10 sentyabr
55 kq
1/8 final. Eldəniz Əzizli - Covanni Freni (İtaliya) - 8:0
1/4 final. Eldəniz Əzizli - Yu Şiotani (Yaponiya) - 9:0
1/2 final. Eldəniz Əzizli - Maks Emiliano Nuri (ABŞ) - 9:0
Final: Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan)
72 kq
1/8 final. Ülvi Qənizadə - İbrahim Məhəmmədov (Qazaxıstan) - 4:2
1/4 final. Ülvi Qənizadə - Deyvid Dimitrov (Bolqarıstan) - 10:0
1/2 final. Ülvi Qənizadə - Səlçuk Can (Türkiyə) - 4:3
Final. Ülvi Qənizadə - Ali Arsalan (Serbiya)
77 kq
1/16 final. Sənan Süleymanov – İdris İbayev (Almaniya) - 7:8
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.