Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 3-cü yer uğrunda qarşılaşmada Almaniyanı 4:1 hesabı ilə məğlub edib.
Elcan Hacyev (90 kq) Tom Drosteyə, Ruslan Nəsirli (+90 kq) Paavo Plonertə, Səbinə Əliyeva (57 kq) Bettina Bauerə, Vüsal Qələndərzadə (73 kq) Levi Markta qalib gəlib. Yeganə məğlubiyyəti Nərmin Əmirli (70 kq) alıb. O, Sara Melauya uduzub.
Qızıl medalı finalda Türkiyəyə 4:0 hesabı ilə qalib gələn Fransa qazanıb.
Qeyd edək ki, fərdi yarışlarda Vüsal Qələndərzadə, Elcan Hacıyev və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) isə bürünc medal qazanıb.
----------------------------
Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, təsəlliverici qarşılaşmada Estoniya üzərində qələbə əldə olunub - 4:0.
Komanda üzvlərindən Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq), Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) rəqiblərinə qalib gəlib.
---------------------
Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatında növbəti görüşünü keçirib.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq komanda 1/4 finalda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vüsal Qələndərza (73 kq) Kote Kapanadzeyə, Kənan Nəsibov (+90 kq) İrakli Demetraşviliyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (70 kq) isə Nino Qulbaniyə yenilib. Yalnız Vüqar Talıbov (90 kq) Giorgi Jabniaşvilini məğlub edə bilib.
----------------------------------
Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq komanda 1/8 finalda Avstriyanı məğlub edib.
73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.
57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyvein rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.
Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.
-----------------------------------
Bu gün Çexiyanın paytaxtı Praqadakı cüdo üzrə gənclərin Avropa çempionatında qarışıq komanda yarışları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi 1/8 final mərhələsində Avstriya yığması ilə üz-üzə gələcək.
Bu cütün qalibi 1/4 finalda Gürcüstan seçməsi ilə görüşəcək.
Komandanın heyətində Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (90 kq), Ruslan Nəsirli (100 kq), Səbinə Əliyeva (57 kq), Aytac Qardaşxanlı (78 kq), Nərmin Əmirli (+78 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki. Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni 5 medalla bitirib. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.