Almaniyanın Heydelberq şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, turnirdə Vüqar Şirinli (60 kq, J2 kateqoriyası), Namiq Abaslı (73 kq, J2 kateqoriyası), İlham Zəkiyev (+90 kq, J1 kateqoriyası), Sevda Vəliyeva (57 kq, J2 kateqoriyası) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, fevralın 17-18-də keçiriləcək yarış Paris-2024 Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandırır.