Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda yarışacaq.
Sportnet.az xəbər verir ki, 20 yaşlı idmançı finala yüksələ bilməyib.
Ardıcıl 4 rəqibini üstələyən cüdoçu yarımfinalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Mixaylo Svidrakla (Ukrayna) qarşılaşacaq.
Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) uğursuz nəticə göstəriblər.