
Parataekvondo üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.
Sportner.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda növbəti təlim-məşq toplanışını Özbəkistanın paytaxtı Daşkənddə keçir.
Hazırlıq prosesi aprelin 9-dək davam edəcək.
Qeyd edək ki, yığma Daşkəndə 8 parataekvondoçu və 2 məşqçi ilə yollanıb.