Qadın boksçumuz Yelena Vıstropova tarixi uğura imza atıb. Sportnet.az-ın məlumatına görə, dəri əlcək ustamız Azərbaycan qadın boksu tarixində ilk dəfə olaraq, Avropa çempionu titulunu qazanıb.
Rumıniyanın paytaxtı Buxarestdə 69 kq. çəki dərəcəsində çıxış edən Vıstropova final qarşılaşmasında İngiltərə təmsilçisi Steysi Kopelandı məğlub edib. Hər 3 hakimin rəyinə əsasən Ukrayna mənşəli boksçumuz rəqibindən üstün olub və bu nəticə ona Avropa çempionatının qızıl medalını qazandırıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |