
İspaniyanın "Real Madrid" klubu Rafael Benitesin baş məşqçi təyin olduğunu rəsmən bəyan edib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
İspaniyalı mütəxəssis "Kral klubu" ilə 3 illik müqaviləyə imza atıb. O, ilinə 4 milyon avro qazanacaq.
Qeyd edək ki, Rafael Benites bu postda Karlo Ançelottini əvəz edib.







































































