
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
Qurban Qurbanovun yetirmələri “Ludoqorets”in qonağı olub. Bakıda 1:2 hesabı ilə uduzan “Qarabağ” Bolqarıstanda revanş ala bilib. Görüşün əsas vaxtında 3:2 hesablı qələbə qazanan Ağdam klubu əlavə vaxtında daha 4 qol vurub. Yekunda səfərdə 7:2 hesabı ilə qalib gələn Azərbaycan çempionu adını pley-offa yazdırıb.
Qeyd edək ki, Ağdam klubu pley-offda Zaqreb “Dinamo”su ilə qarşılaşacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
13 avqust
22:00. “Ludoqorets” - “Qarabağ” - 2:7
Qollar: Kvadvo Dua, 13; 23 (pen.) - Olavio Juninyo, 7. Yassin Benzia, 45+1; 118. Patrik Andrade, 45+5; 112. Toral Bayramov, 83. Redon Cica, 111
Baş hakim: Simone Sozza (İtaliya)