
Bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş da iştirak edəcək.
Sportnet.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma mərasimi “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.