
Misli Premyer Liqasının XIX turunda "Səbail" səfərdə "Sumqayıt"a qalib gəlib.
Sportnet.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar iki cavabsız qolla qələbə qazanıblar.
"Dənizçilər"in heyətində Rüfət Abdullazadə (48,79) dubl müəllifi olub.
20 xala malik "Sumqayıt" altıncıdır. 12 xalı olan "Səbail" isə doqquzuncu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
-----------------------------------------
Azərbaycan Premyer Liqasında XIX turun ikinci oyun gününün ilk görüşündə "Zirə" və "Araz Naxçıvan" komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 4-cü dəqiqədə İsmayıl İbrahimli vurub.
Bununla da xallarını 33-ə çatdıran "Zirə" 3-cü pilləyə yüksəlib. Ardıcıl üçüncü məğlubiyyətini alan "Araz Naxçıvan" isə 39 xalla 2-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "Şamaxı"ya qalib gəlib - 3:2. Bu gün daha bir görüş "Sumqayıt" və "Səbail" arasında keçiriləcək. Tura yanvarın 19-da "Kəpəz" - "Turan Tovuz" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.
----------------------------
Bu gün Misli Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq. Ardınca isə "Sumqayıt" "Səbail"lə üz-üzə gələcək. Stat fiti saat 18:30-da səslənəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq.
"Araz-Naxçıvan" turnir cədvəlində 39 xalla ikinci, "Zirə" 30 xalla dördüncüdür. 20 xala malik "Sumqayıt" altıncı, 9 xalı olan "Səbail" isə sonuncu - onuncu yerdə qərarlaşıb.
Misli Premyer Liqası
III dövrə, XIX tur
18 yanvar
16:00. “Zirə” – “Araz-Naxçıvan” - 1:0
Qol: İsmayıl İbrahimli, 4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu
“Sumqayıt” – “Səbail” - 0:2
Qollar: Rüfət Abdullazadə, 48, 79
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ramil Diniyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.