"Azarkeşlərimizə bütün oyunlarda bizimlə olduqları və bu gün də sonadək bizə inandıqları üçün təşəkkür edirəm. Bəlkə də haqları var idi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının VII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Qurbanov məğlubiyyəti belə şərh edib: "Sadəcə, 3 küncdən zərbə və 3 qol bizə həqiqətən ağır gəlir. Amma futbolun belə xoşagəlməz tərəfləri də var. Bəlkə də rəqib standart vəziyyətlərdən daha hazırlıqlı idi. Futbolçularım çox əziyyət çəkdilər. Son ev oyununda qalib gəlmək istəyirdik. Lakin alınmadı. Hələ bir oyunumuz da var. "Olimpiakos"la Yunanıstandakı qarşılaşmada nəticə göstərmək istəyirik".