"Neftçi"nin Azərbaycan Premyer Liqasının XX turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığı yekunlaşıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Futbolçulardan Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ötən görüşdə olduğu kimi, bu matçı da zədə səbəbindən buraxacaqlar.
Qeyd edək ki, yanvarın 26-sı “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.