PSJ baş məşqçisi Luis Enrike ilə müqavilə yeniləyib.
Sportnet.az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
54 yaşlı mütəxəssis müddəti 2027-ci ilədək nəzərdə tutulan anlaşmaya qol çəkib.
Enrike 2023-cü ildən Paris klubuna başçılıq edir, onun rəhbərliyi altında komanda bir dəfə çempionat və Fransa Kubokunu, iki dəfə ölkə Superkubokunu qazanıb.