
Misli Premyer Liqasında komanda sayı artırılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.
Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.