![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738927333_can.jpg)
“Zirə”nin sabiq futbolçusu Dmitrios Çantakias klubunu dəyişib.
Sportnet.az xəbər verir ki, yunanıstanlı müdafiəçi “Lamia” klubuna keçib. Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, bu, Çantakiasın Azərbaycandan getdikdən sonra ikinci klubudur. O, ötən ilin yayında “Zirə”ni “Panserriakos”a dəyişmişdi.