![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738914989_maq.jpg)
Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq”ə xoşagəlməz vəziyyətlə üz-üzə qalıb.
Sportnet.az “Bild” nəşrinə istinadən xəbər verir ki, hücumçunun davranış tərinə görə komanda yoldaşları arasında bəyənilmir. Buna görə də bir çox komanda yoldaşı ilə münasibətləri gərginləşib.
İddiaya görə, forvard tez-tez kobud sözlər işlədir. Eyni şey təxminən iki həftə əvvəl “Şalke” ilə oyundan sonra məşqdə Florian Flik tərəfindən qayda pozuntusuna məruz qldığı zaman baş verib.
Emrelinin sərt oyuna görə Fliki təhqir etməsi məşqin bir neçə dəqiqəlik dayanmasına səbəb olub. Deyilənə görə, köməkçi məşqçilər onu sakitləşdirməkdə çətinlik çəkiblər.
“Bild”in yazdıqlarına inansaq, Emreli bu cür hərəkətəri ilk deyil. Komanda yoldaşlarının çoxu nun özünü ulduz kimi aparmasından qıcıqlanır. Xüsusən də onun idman
nəticələri çox arzuolunmazdır: ilk yeddi rəsmi matçında dörd qol vuran hücumçu noyabrın əvvəlindən bəri fərqlənə bilmir.
Forvadın yayda bbaşa çatacaq müqaviləsinin uzadılıb-uzadılmayacağı bəlli deyil. Klub rəhbərliyi avtomatik yeniləmə seçimindən istifadə etməkdə tərəddüd edir.