Cüdo üzrə Yunanıstan milli komandası Bakıda keçiriləcək “Böyük Dəbilqə” üçün heyətini açıqlayıb.
Sportnet.az xəbər verir ki, onlar paytaxtımızda baş tutacaq yarışa 5 cüdoçu ilə qatılacaqlar.
Heyətdə Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teodoros Tselidis (90 kq), Avropa çempionatının finalçısı Yelizaveta Selsidu (70 kq) da yer alıb.
Qeyd edək ki, Bakıda baş tutacaq turnir fevralın 14-16-da keçiriləcək.