Avropanın aparıcı klubları "Zirə"nin futbolçusu Salifu Suma ilə maraqlanır.
Sportnet.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serhat Kantoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyə təmsilçiləri "Beşiktaş" ilə "Fənərbağça" və Fransanın "Monako" klubu Qvineyadan olan vingeri yaxından izləyirlər.
Qeyd edək ki, Salifi Sumanın "Zirə"nin ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. 21 yaşlı oyunçu cari mövsüm Azərbaycan Premyer Liqasında 19 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ilin yayında Fransanın "Havr" komandasından Bakı təmsilçisinə keçib.