Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) təqvimdə bir sıra dəyişikliklər edib.
Sportnet.az xəbər verir ki, oktyabrın 8-19-da Malakasda keçirilməli olan stend atıcılığı üzrə dünya çempionatının yeri dəyişdirilib.
Yarış Yunanıstanda olacaq, lakin onun Afinada keçirilməsinə qərar verilib.
Misirin paytaxtı Qahirədə keçiriləcək güllə atıcılığı üzrə dünya çempionatı isə iki gün uzadılacaq. Yarışın yeni tarixləri 6-18 noyabrdır. Bu, əlavə qeyri-olimpiya növləri olan hərəkətdə olan hədəfə atəş və hədəfə sürətli atəş yarışlarının, həmçinin 25 m və 300 m məsafələrə yarışların keçirilməsini asanlaşdırmaqla bağlıdır.