Vüqar MƏMMƏDOV
Azərbaycancan Premyer Liqasında komanda sayının 12-yədək yüksəldiləcəyi, bununla da liqadan komanda düşməyəcəyi və Birinci Diviziondandan daha iki komandanın gələcəyi barədə məlumatlara rast gəlirik.
Komanda sayının artırılması tərəfdarlarından biri də mənəm, lakin belə yox. Bunun əvvəlcədən qəbul olunmuş qərarı, nizamnaməsi olmalıdır. Yoxsa çempionatın sonuna yaxın belə bir qərar vermək fikrimcə qeyri-peşəkarlıq və yarış ruhuna zidd olar.
Bir şeyi dərk etmək lazımdır: yarışda qalib, məğlub müəyyənləşir. Kimsə çempion olur, kimsə aşağı liqadan yuxarı liqaya yüksəlir, kimsə əksinə, aşağı liqaya düşür. Bu proseslərin belə olacağı isə mövsümün əvvəllərində verilmiş qərarla tənzimlənir.
Bizim çempionatımız üçün isə öncədən yazılıb ki, sonuncu yeri tutan aşağı liqaya düşəcək, burada birinci yeri tutan yüksək liqaya çıxacaq, məhz birinci yer, başqa vəziyyət yarışın ruhuna ziddir.
Bu cür addımı dəstəkləmək düzgündür. Əksini dəstəkləmək yarış ruhunu başa düşməməkdir. Həm də qanuna hörmətsizlikdir.
Əgər təşkilatçılar arasında belələri varsa onların yeri də yarış təşkilatçılığında yox, başqa sahələrdə olmalıdır.
Yüksək liqaya çıxmağı təmin edən komandanın “lisenziyalaşma şərtlərinə əməl etməyib” şəklində izah edilərək liqaya buraxılmaması isə edilməsi isə səmimi cavab deyil. Çünki Premyer liqada çıxış etmək üçün lazım olan əsas şərt, ödəniləcək məbləğın mənbəyi eynidir. Hər halda çempion “Araz”ın vəziyyəti ötən il Premyer Liqaya buraxılan komandaların vəziyyətindən aşağı deyil".
"Əgər sən yüksək liqada komanda sayını artırmaq istəyi varsa bunu gələn mövsüm üçün etmək mümkündür və bu barədə indidən elan edilməlidir. Məsələn, gələn il komanda sayı 12-yədək yüksələcək, Premyer Liqadan bir komanda – sonuncu yer düşəcək, Birinci Diviziondan üç komanda yüksələcək. İlk iki yeri tutan komanda birbaşa, üçüncü komanda bir neçə komandanın (məsələn Türkiyədəki kimi 3 – 6-cı yerlərin) yarışdığı pley-offdan sonra qalxacaq. Bunlar detallardı, lakin hamısı əvvəlcədən müəyyənləşməli və elan edilməlidir.
O ki qaldı Premyer Liqadan düşən komandanın motivasiyasının qalmamasına, onların dağılmaq ehtimalının olmasına... Əgər bir komanda ərköyün uşaq kimi mən orda oynamıram, burda oynayıram deyirsə, və aşağı liqaya düşməyə görə dağılırsa bu onların şəxsi işləridi. İndiyədək bir çox komanda dağılıb. Bu yaxşı hal olmasa da hər halda çempionat davam edə bilib.
Düşünürəm ki, güclü subyekt düşməyi də qalxmağı da bacarmalıdır. Məhz düşəndən sonra qalxa bilsən güclü ola bilərsən. Əks halda məhv olacaqsan. Təbiətin qanunları bu cür amansızdır.
Çempionatın gücü də qanunların amansızlıqla icra olunmasındadır. Əks halda səviyyəni qaldıra bilməzsən və sənə qarşı qeyri-ciddi münasibət yaranar.