![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738929682_st.jpg)
Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov "Sabah"dakı ilk oyunu ilə bağlı təəssüratlarını bölüşüb.
Sportnet.az xəbər verir ki, o, Bakı klubunda debüt etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Sumqayıt"la kubok matçında heç-heçə oynadıq, bu, əlbəttə ki, gözəldir. Amma qalib gələ bilmədiyimiz təəssüf doğurur. O qədər qol imkanları oldu ki. Heç-heçə çox məyusedicidir, psixoloji cəhətdən asan deyil. Amma inanıram ki, bu cür oyunumuzu davam etdirsək, qələbələr mütləq gələcək”.
Qolkiper yeni klubuna tez uyğunlaşdığını söyləyib: "Uşaqlar məni çox yaxşı qarşıladılar, özümü burada rahat hiss edirəm, sanki komandada bir neçə həftə yox, bir neçə ay keçirmişəm".
Pokatilov Azərbaycana necə gəldiyini belə izah edib: “Klub mənə təkliflə müraciət etdi, danışıqlar birbaşa aparıldı. Layihə mənə maraqlı göründü və razılaşdım”.
O, “Turan Tovuz”la qarşıdakı oyuna da toxunub: "Komandaya əvvəllər “Kayrat”da çalışdığım "urban Berdiyev rəhbərlik edir. Çox təcrübəli məşqçidir, ona görə də bizi çətin oyun gözləyir".
Qeyd edək ki, 32 yaşlı qolkiper yanvarda "Sabah"a keçib və 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.