![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739003087_211257_h0s1lz9zd21739002665.jpg)
"Turan Tovuz"dan ayrılan Otto Conun yeni klubu rəsmiləşib.
Sportnet.az xəbər verir ki, nigeriyalı hücumçu "Əl Mədinə" ilə anlaşıb. Bu barədə Liviya klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı forvardla imzalanan müqavilənin müddəti və detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Otto Con 2023-cü ilin yayından 2025-ci ilin fevral ayına qədər "Turan Tovuz"da çıxış edib.