![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738995248_43e5ac6c-9055-3691-880d-abfe83d311cd_850.jpg)
Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.
Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq.