![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738962224_luis-enrike1.jpg)
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike və 6 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssislə yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub.
2023-cü ildən komandaya rəhbərlik edən ispaniyalı mütəxəssisin əvvəlki anlaşması cari mövsümün sonunadək idi. Onun rəhbərliyi altında PSJ Fransa çempionu olub, ölkə kubokunu və 2 dəfə Fransa Super Kubokunu qazanıb.
Bundan başqa, müdafiəçilər Əşrəf Hakimi və Nunu Mendeş, yarımmüdafiəçi Vitinya ilə 2029-cu ilədək müqavilə bağlanılıb. Daha bir müdafiəçi Yoram Zaqe 2028-ci ilədək komandada qalacaqsa, İbrahim Mbaye və Naufel Əl-Hannaş 2027-ci ilədək nəzərdə tutulan ilk sözləşmələrinə imza atıblar.
Qeyd edək ki, hazırda PSJ 50 xalla Liqa 1-in lideridir.