Braziliya millisinin sabiq futbolçusu Ronaldo Luis Nazario Karlo Ançelottini yığmada baş məşqçi postuna gətirmək istəyir.
Sportnet.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı keçmiş hücumçu Braziliya Futbol Federasiyasının prezidenti seçiləcəyi təqdirdə italiyalı mütəxəssisi ölkəsinə dəvət edəcək.
O, 2026-cı ilin martında namizədliyini irəli sürmək niyyətindədir.
Tərəflər hələlik mümkün əməkdaşlığı müzakirə etməyiblər. Ronaldo 65 yaşlı baş məşqçini Madrid klubundan uzaqlaşdırmaq istəmir. "Kral klubu" Ançelotti ilə yollarını ayıracağı təqdirdə ona Braziliya millisində iş təklif olunacaq.
Qeyd edək ki, mütəxəssisin "Real"la hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.