![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738918807_uf.jpg)
Mütləq Döyüş Çempionatında (UFC) yüngül çəki dərəcəsində çempion olan Dominik Krus peşəkar karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.
39 yaşlı amerikalının bu ay Sietldə keçiriləcək "UFC Fight Night 252" turnirində Rob Fontla qarşılaşması nəzərdə tutulsa da, o, zədə səbəbindən döyüşdən imtina edib.
“Son 25 ildə bütün varlığımı bu idmana vermişəm. Son bir döyüşə ümid edirdim. Amma təəssüf ki, son səkkiz ayda iki çiyin çıxması karyerama son qoydu", - Krus vurğulayıb.
Qeyd edək ki, Dominik Krus UFC-nin ikiqat çempionudur. Onun hesabında 24 qələbə və 4 məğlubiyyət var. O, sonuncu dəfə 2022-ci ilin avqustunda "UFC on ESPN 41" turnirində ekvadorlu Marlon Veraya dördüncü raundda nokautla məğlub olub.