![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738931432_sum.jpg)
“Zirə”nin legioneri Salifu Sumanın Ukrayna klublarına keçidi baş tutmayıb.
Sportnet.az xəbər verir ki, Kiyev “Dinamo”su və LNZ qvineyalı futbolçunun transferindən imtina ediblər.
Buna Bakı klubunun Ukrayna təmsilçilərindən tələb etdiyi təzminat məbləği səbəb olub. Belə ki, Raşəd Sadıqovun komandası Suma üçün 1 milyon avro istəyib.
Qeyd edək ki, “Zirə” bir müddət öncə Suma ilə müqavilə imzalayıb.