![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738925258_emi.jpg)
“Neftçi”nin brend olaraq inkişafı idarəedicilər üçün əsas hədəfdir. Hazırki nəticələr azarkeşlərin xoşuna gəlmir, çünki “Neftçi”yə yaraşan - birincilikdir”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Nefçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev klubla “Palms Sports” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.
E. Əmrullayev çıxışında gələcək prioritetlərdən söz açıb: “Neftçi”nin qarşısında duran əsas məqsəd sposorların rəngarəngliyidir. Buna görə “Palms Sports” nümayəndəsi Fuad Darvişə təşəkkür edirəm. Bu, “Neftçi” və Azərbaycan futbolu üçün önəmlidir. "Neftçi"nin brend olaraq inkişafı idarəediciləri üçün əsas hədəfdir. Bugünkü nəticələr azarkeşlərin xoşuna gəlmir. “Neftçi”yə yaraşan - birinci yerdir. Biz də əlimizdən gələni edirik ki, bu yola çataq”.
Qeyd edək ki, “Neftçi” ilə “Palms Sports” arasında 5 illik müqavilə imzalanıb.