
"Turan Tovuz" klubunun futbolçusu Nahid Əliyevin oteldə qıza sataşması xəbəri təsdiqlənib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Əli Balakişiyev "VseProSport"a açıqlama verib.
O bildirib ki, Əliyev gəncdir, 18 yaşı var və həqiqətən də qızla tanış olmaq istəyib: "Orada kriminal bir şey olmayıb. Hamımız cavan olmuşuq".
Bununla belə, Balakişiyev baş məşqçi Kurban Berdıyevin Əliyevi məhz buna görə heyətdən kənarlaşdırması iddialarını təkzib edib: "Nahid əvəzedici heyətdə oynayır. Hərdən onu əsas komandaya da cəlb edirlər. Bu mərhələdə baş məşqçi qərara alıb ki, hələlik onu çağırmağa gərək yoxdur. Bütün situasiya bundan ibarətdir".