
“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən Ağdam təmsilçisində çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, Romaonun Macarıstanın "Ferentsvaroş" klubuna keçəcəyi gözlənilir.