"Deməzdim ki, mənim yüküm bu məsələ ilə əlaqədar azaldı. Çünki hər ikisinin vəzifə bölgüsü var".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev baş katib vəzifəsindən ayrılması barədə CBC Sport-da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.
Onun sözlərinə görə, AFFA Nizamnaməsinə əsasən, baş katib olmadıqda bu vəzifəni icraçı vitse-prezident həyata keçirir.
Hacıyev yeni baş katib Cahangir Fərəcullayev barədə də fikirlərini bölüşüb: "Cahangir müəllim kifayət qədər təcrübəyə malikdir, müxtəlif sahələrdə idarəedici vəzifəsində çalışıb. Baş katib icraedici vəzifədir, qərarverici orqan isə AFFA İcraiyyə Komitəsidir".