"Neftçi" yeni futbolçu transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki,“ağ-qaralar” ingiltərəli forvard Bassala Sambounu həyətinə qatıb.
27 yaşlı futbolçu son olaraq Kiprin “Paralimni” klubunda çıxış edib.
“Koventri” Akademiyasının yetirməsi olan Sambou “Fortuna Sittard” (Niderland), “Randers” (Danimarka), “Kru Aleksandra”, “Oldham” (hər ikisi İngiltərə) komandalarının formasını geyinib. O, “Paralmini”də 43 oyunda 5 qol vurub.