![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738966530_azmilli17.jpg)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 35-ci dəqiqədə Aylin Kərimova vurub.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 10-da baş tutacaq.