![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739007343_f8fba6b0-e244-11ef-80e7-5f5ddfb3e398.jpg)
“Milan” Joao Feliksin icarə müddətini artırmağı planlaşdırır.
Sportnet.az xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı hücumçunu 2026-cı ilin yayına qədər icarədə saxlamaq istəyir.
Milan təmsilçisi futbolçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara hazırlaşır. İndiki icarə müqaviləsi yayda başa çatacaq. “Rossonyeri” növbəti mövsüm üçün 8-10 milyon avro ödəmək arzusundadır. Klub rəhbərliyi anlaşmada Feliksin sonradan 30-35 milyona transfer olunmaq hüququnu da görmək istəyir.
Qeyd edək ki, Joaonun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayında başa çatacaq.