![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738966205_xvica1.jpg)
Fransa Liqa 1-də XXI turun mərkəzi görüşü PSJ və "Monako" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 6-cı dəqiqədə meydan sahiblərindən Vitinya açıb. 17-ci dəqiqədə Denis Zakariya bərabərlik topunu vurub.
54-cü dəqiqədə Xviça Kvaratsxeliya PSJ-nin heyətində ilk qoluna imza atıb. 57-ci və 90-cı dəqiqələrdə isə Usman Dembele fərqlənib.
Bu qələbə sayəsində xalını 53-ə çatdıran PSJ ən yaxın izləyicisi "Marsel"dən 13 xal aralanaraq, liderliyini möhkəmləndirib. "Monako" 37 xalla 3-cü pillədə yer alıb.