Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov federasiyanın məşqçiləri ilə görüşüb.
Sportnet.az xəbər verir ki, görüşdə məşqçilərin təklifləri dinlənilib və müzakirələr aparılıb.
Toplantıda federasiyanın baş katibi Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova və Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva da iştirak edbilər.
Sonda milli komandanın yeni məşqçilərinin adları təsdiqlənib. Oktay Mirzəyev müvəqqəti baş məşqçi vəzifəsini icra edəcək. Mixal Poqani isə tullanmalar üzrə məşqçi-məsləhətçi vəzifəsində çalışacaq.