![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738995811_img_20250208_102104.jpg)
"Turan Tovuz" yeni futbolçu transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Hayderson Hurtado Palominonu heyətinə cəlb edib.
29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb. Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. Hayderson Hurtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.