![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738957680_mingecevir.jpg)
Azərbaycan I liqasında XIII turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, lider "Qəbələ" səfərdə "Difai"yə minimal hesabla qalib gəlib. "Karvan" isə səfərdə "İmişli"yə 2 cavabsız qolla uduzub.
Nəticədə "Qəbələ" ilə "Karvan" arasındakı xal fərqi 7-yə yüksəlib.
3-cü pilləyə can atan komandalardan "Baku Sportinq" və "Zaqatala" komandaları arasındakı görüşdə hesab açılmayıb. MOİK isə "Cəbrayıl"a 2:1 hesabı ilə qalib gələrək, 4-cü pilləyə yüksəlib.
Sonuncu pillədəki "Mingəçevir" maliyyə dayaqlarını möhkəmləndirməsinə baxmayaraq, öz meydanında "Qaradağ Lökbatan"a qalib gələ bilməyib - 1:1.
Azərbaycan I Liqası, XIII tur
7 fevral (cümə)
14:00. “Baku Sporting” – “Zaqatala” - 0:0
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Mahmud Bağırzadə
Binə qəsəbə stadionu, 30 tamaşaçı
14:00. “Mingəçevir” – “Qaradağ Lökbatan” - 1:1
Qollar: Gülağa Əsədov, 11 - Bahadur Həziyev, 40
Qırmızı vərəqə: Əli Kərimov, 76 ("Qaradağ Lökbatan"
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Nurlan Əhmədzadə, Vüqar Həsənli
Zaqatala OİK stadionu, 70 tamaşaçı
6 fevral
MOİK - "Cəbrayıl" - 2:1
Qollar: Ramil Orucov, 51. Cavid Tağıyev, 71 - Zeynəddin Abdurahmanov, 24
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Binə qəsəbə stadionu. 40 tamaşaçı
"İmişli" - "Karvan" - 2:0
Qollar: : Elmir Rəhimzadə, 58. Oluvasen Timilehin,67
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Asif Abdullayev, Niyaz Əhmədov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 500 tamaşaçı
"Difai" - "Qəbələ" - 0:1
Qol: Murad Musayev, 64
Hakimlər: Şamil İmanzadə, Aydın Bəxşiyev, Elman Kərimov, Emin Əliyev
Şamaxı OİK stadionu, 40 tamaşaçı.