
Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldonun adı qalaktikaya verilib. Sportnet.az-ın məlumatına görə, portuqaliyalı David Sobralın başçılıq etdiyi astronomlar komandası daha parlaq qədim qalaktika aşkarlayıblar.
Nəhəng ulduz sistemi kainat yaranandan var olan ilk ulduzlardan ibarətdir. Digər ulduz sistemlərindən 3 dəfə daha parlaq olan qalaktikaya portuqaliyalı alimlər Kriştianu Ronaldonun şərəfinə CR7 adını veriblər.









































































