
AFFA martın 15-də Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Sportnet.az xəbər verir ki, PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:
Azərbaycan Premyer Liqasının XXVII turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilsin.
Matç saat 17:00-da start götürəcək.