
UEFA Avropa Liqasında 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə Türkiyənin yeganə təmsilçisi "Fənərbağça"nın 1/8 finaldakı rəqibi müəyyənləşib.
"Sarı-lacivərdlilər" Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək. Qlazqo komandasını keçəcəyi təqdirdə, "Fənər" 1/4 finalda "Roma" (İtaliya) - "Atletik" (İspaniya) cütünün qalibi ilə görüşəcək.
Püşkatmanın nəticələri:
UEFA Avropa Liqası
1/8 final mərhələsi
1. "Viktoriya" (Plzen, Çexiya) - "Latsio" (İtaliya)
2. "Budö Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan)
3. "Ayaks" (Niderland) - "Ayntraxt" (Frankfurt, Almaniya)
4. AZ (Alkmaar, Niderland) - "Tottenhem" (İngiltərə)
5. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
6. FCSB (Rumıniya) - "Lion" (Fransa)
7. "Fənərbağça (Türkiyə) - "Reyncers" (Şotlandiya)
8. "Roma" (İtaliya) - "Atletik" (İspaniya)
Oyunlar martın 16-da və martın 23-də keçiriləcək.
1/4 final
I. 2 cütünün qalibi - 1 cütünün qalibi
II. 4 cütünün qalibi - 3 cütünün qalibi
III. 7 cütünün qalibi - 8 cütünün qalibi
IV. 6 cütünün qalibi - 5 cütünün qalibi
Oyunlar aprelin 10-da və aprelin 17-də baş tutacaq.
Yarımfinal
II cütün qalibi - I cütün qalibi
III cütün qalibi - IV cütün qalibi
Oyunlar mayın 1-də və mayın 8-də təşkil ediləcək.
Final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.