
Azərbaycan Premyer Liqasında XXIV turun "Zirə" - "Kəpəz" oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş turun son qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 62-ci dəqiqədə Rafael Utziq vurub. 90+2-ci dəqiqədə isə Rüstəm Əhmədzadə fərqlənib.
Bununla da xallarını 45-ə çatdıran "Zirə" "Araz-Naxçıvan"ı şəxsi göstəricilərdə üstələyərək, 2-ci pilləyə yüksəlib. "Kəpəz" isə 19 xalla 9-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlubiyyətə uğradıb - 1:0. “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib.
--------------------
Ötən gündən təxirə salınan Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyunu nəhayət, başlayıb.
Sportnet.az xəbər verir ki, baş hakim Rauf Cabbarov start fitini saat 18:59-da səsləndirib.
Qarşılaşmadan əvvəl "Zirə"nin hücumçusu Davit Volkova komandada 100-cü oyununu keçirməsi münasibətilə 100 nömrəli forma təqdim olunub.
-----------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun təxirə salınmış son oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, son anda ertələnən “Zirə” – Kəpəz” görüşü ilə tura yekun vurulacaq.
Fevralın 23-də Zirə İdman Kompleksində keçirilməli olan görüş intensiv qarın futbol oynamaq üçün əlverişsiz vəziyyət yaratması səbəbindən baş hakim Rauf Cabarovun qərarı ilə təxirə salınıb.
Qarlı hava şəraiti davam etdiyindən, bu gün saat 16:00-a ertələnən görüşün baş tutub-tutmayacağı hələlik sual doğurur. Hər şeyə oyun ərəfəsində aydınlıq gələcək.
Xatırladaq ki, Gəncə klubu “qartallar”ı son 14 oyunda məğlub edə bilməyib, axırıncı 4 oyunun hamısında isə uduzub. “Kəpəz” 19 xalla 9-cu, “Zirə” isə 42 xalla 3-cü pillədədir.
Azərbaycan Premyer Liqası, XXIV tur
18:59. "Zirə" – "Kəpəz" - 2:0
Qollar: Rafael Utziq, 62. Rüstəm Əhmədzadə, 90+2
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlubiyyətə uğradıb - 1:0. “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib.