
Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Burdan üç xalla dönmək xoşdur. Rəqibə uğurlar arzu edirəm. Sona kimi inamlarını itirmədilər, mübarizə apardılar. Soyuq havada gələn azarkeşlərə təşəkkür edirəm.
– Bu heyəti oynatmaqla növbəti mövsümü düşünürsünüz?
– Desəm ki, növbəti mövsümü düşünürəm, yalan olar. Oyunlarımız davam edir. Hər futbolçu istəklə çalışır. Bəzən rotasiyalar edirik. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar.
– Neçənci ildir ki, rəhbərlik etdiyiniz futbolçular sizə qarşı baş məşqçi kimi çıxır. Bu, sizdə hansı hisslər yaradır?
– Xoşdur. Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq. Hər birinə uğurlar arzu edirəm. Onları görəndə keçmiş yadıma düşür. Hər futbolçunu lider kimi görmək xoşdur. Hər oyunçu məşqçi olmur. Buna görə onları bu postda görmək sevindirir.